Yuxarı

Hərbi xidmətə çağırılanlar korona testindən keçirilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamın icrasına başlanılıb.

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılanlarla bağlı rəsmi prosedurlar necə yerinə yetirilir? Nəzərə alsaq ki, koronavirus pandemiyası geniş yayılıb, çağırışçılar koronavirus testindən keçirilir?

Axar.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər:

“Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.

Çağırışçıların rayon (şəhər) çağırış komissiyalarının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyalarında müayinələri COVİD-19 pandemiyası dövründə tətbiq olunan və bu qaydalara dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış müvafiq təlimatların tələbləri çərçivəsində həyata keçirilir.

Xidmətin struktur binasına daxil olduqda hər bir çağırışçı qoruyucu tibbi ləvazimatlarla təmin edilir, dezinfeksiyaedici məhlulların istifadəsinə, tibbi müayinələr və çağırışçıların öyrənilməsi zamanı lazımi fiziki məsafənin saxlanılmasına ciddi riayət olunur, eləcə də, həkim mütəxəssislərin və əməkdaşlarımızın tibbi maska və əlcək geyinmələrinə nəzarət edilir.

Bununla yanaşı, bütün çağırışçıların hərarəti ölçülür, sağlamlıq vəziyyətində koronavirus infeksiyasına (COVİD-19) xas olan oxşar simptomlar aşkar edilən çağırışçılar təcili olaraq təcrid edilir və aidiyyəti üzrə məlumatın verilməsi təmin edilir.

Eyni zamanda, çağırışçıların öyrənilməsi prosesində TƏBİB tərəfindən hazırlanmış müvafiq təlimatın tələblərinə uyğun olaraq, çağırışçıların koronavirus infeksiyasına yoluxmuş şəxslə təmasda olması, müvafiq simptomlarla bağlı narahatlıqlarının olub-olmaması ətraflı şəkildə öyrənilir.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.

TƏBİB tərəfindən hazırlanmış COVİD-19 pandemiyası dövründə vətəndaşların növbəti müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti rəhbərliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən, qəbul olunan heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir.

Tarix
2020.07.02 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla