Yuxarı

Bakının bu qəsəbəsinin bütün küçələri təmir ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min m2 sahədə, ümumi uzunluğu 73,8 km təşkil edən 124 adda küçə və yol təmir edilib.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, hazırda Agentlik 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 92,7 km uzunluğa malik 93 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kv.m-dən çoxdur.

Aparılan təmir işləri zamanı artıq qəsəbə üzrə 4 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 5,9 km, sahəsi 33 min kv.m-dir. Hazırda isə Pirşağı qəsəbəsinin 2,5 km uzunluğa malik Elbəy Rzaquliyev küçəsi təmir edilir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Tarix
2020.07.08 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla