Yuxarı

Qətl törədən azərbaycanlı idmançı ilə bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada qətl törətməkdə təqsirləndirilərək Bakıda saxlanılan idman ustası Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatə təmin olunub.

Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirini 3 aya qədər uzadıb.

İttihama görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev yerləşən şəhərində restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub.

Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.

İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Yasin Həsənovun barəsində istintaq davam edir.

Tarix
2020.07.08 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla