Yuxarı

Azərbaycan diasporu hərəkətə keçdi: bəyanat göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan diasporu hərəkətə keçdi: bəyanat göndərildi

Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.

Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib:

"Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə “sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı".

Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb.

“Ermənistanın bundan əvvəlki təxribatlarına da laqeydlik nümayiş etdirən beynəlxalq təşkilatlardan bir daha Ermənstanın təxribatlarına münasibət bildirmək tələb edirik. Azərbaycan ərazisinin 20 faizini işğal edən bir dövlətə olan tolerant münasibət sizi dünya ictimaiyyətinin qarşısında rüsvay edir. Əsl məqsədi Azərbaycan və Türkiyəyə qarşı təxribat yaratmaq olan Ermənistanın dərhal cəzalandılmasınım beynəlxalq təşkilatlardan tələb edirik”, - bəyanatda vurğulanıb.

Tarix
2020.07.13 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla