Yuxarı

Prezident hökumətə tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir. Hesab edirəm ki, buna bizim imkanımız çatacaq. Dürüstləşməyə gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın. Ona görə hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Biz hansı həcmdə büdcə xərclərimizi artırmalıyıq və bundan hansı məqsədlərə istifadə etməliyik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib

“Onu da bildirməliyəm ki, büdcə gəli"rlərinin artırılması ilin ilk aylarında baş vermişdir. Çünki mən bunu demişəm, bir daha demək istəyirəm ki, biz ili çox yaxşı, böyük uğurlarla, böyük planlarla başlamışdıq. Həm vergi, həm gömrük sahəsində proqnozdan əlavə artım var idi. Amma bu ilk aylarda, haradasa aprel-may aylarından başlayaraq artım, belə demək mümkündürsə, yavaşladı. Yenə də biz profisitdəyik. Ancaq siz qeyd etdiyiniz kimi, ilin sonuna qədər bu profisit bizə çatmaya bilər. Əlavə xərclər oldu. Neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu. İndi hazırda, altı ayda bu 40 dollardan aşağıdır. Ona görə bütün bu məsələlər təbii ki, nəzərə alınmalıdır. Əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir problem olmayacaq.

O ki qaldı, gələn ilin büdcəsi, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin. Hələ ki, vaxt var. Biz neft bazarlarında vəziyyətə baxıb, bunu müəyyən edəcəyik. Elə etməliyik ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların arasında, ilk növbədə, su təchizatı ön plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun təmin edilməsi. Ona görə layihələr indi hazırlanır. Onların texniki iqtisadi əsaslandırılması, xərclər smetası hazırlanacaq. Bu məsələ də mütləq nəzərə alınmalıdır”-deyə, Dövlət başçısı bildirib.

Tarix
2020.07.16 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla