Yuxarı

Azərbaycana Çindən həkimlər gələcək - Koronaya görə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana Çindən həkimlər gələcək - Koronaya görə

İndiyə qədər qısa müddətdə Azərbaycanda modul tipli xəstəxana quraşdırılıb. Əlavə olaraq 6 modul tipli xəstəxana sifariş olunub.

Axar.az xəbər verir ki, bunu ötən gün Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Baş nazir deyib ki, bu modul tipli xəstəxanalardan biri Naxçıvanda, digərləri Bakı və bölgələrdə quraşdırılacaq:

“Bu gün Azərbaycanda xarici ölkələrdən 200-ə qədər həkim var. Ən çox müqavilə Kubadan gələn həkimlərlə 3 aylıq imzalanıb. Türkiyədən gələn 7 həkimdən ibarət heyət Yeni klinikada çalışır. Türkiyədən gələn həkimlər 2 ay müddətində çalışacaqlar. Rusiyadan gələn 20-dən artıq həkim və mütəxəssis Bakı və Sumqayıtda xəstəxanalarda çalışırlar. Cənab Prezident, Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdiririk ki, Sizin tapşırığınızla gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən Sizin tapşırığınızla və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb olunub. Bu proseslər davam etdiriləcək”.

Tarix
2020.07.16 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla