Yuxarı

Bağça müəllimi dələduzluğa görə axtarışa verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağça müəllimi dələduzluğa görə axtarışa verildi

Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata əsasən, aparılmış istintaqla P.Səfərovanın, X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub.

İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək.

Hazırda iş üzrə P.Səfərovanın tutularaq istintaqa cəlb edilməsi və vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək ödətdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, axtarışa verilmiş X.Əsgərova Qazax rayonunun Xanlıqlar kəndində bağça müdiri olub. Onun hazırda vəsifəsində qalıb-qalmadığı barədə məlumat yoxdur.

Tarix
2015.04.08 / 16:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla