Yuxarı

Gürcüstan-Azərbaycan sərhədi açılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan-Azərbaycan sərhədi açılır?

Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.

Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur:

"Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".

Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir:

"Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə efffektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.

Tarix
2020.07.25 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla