Yuxarı

Sarayda qanunsuz ət kəsimi ilə məşğul olanlar saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sarayda qanunsuz ət kəsimi ilə məşğul olanlar saxlanıldı

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq, bəzi şəxslər bu tələblərin yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər.

Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Tarix
2020.07.31 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla