Yuxarı

FHN yanğınla bağlı məlumat yaydı - Foto/Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN yanğınla bağlı məlumat yaydı - Foto/Video/Yeniləndi

2015-04-10 20:15:00

"Nargilə" kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğın baş verib.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib.

Hazırda yanğın davam edir və ətrafa zəhərli tüstü yayılır.

Yanğınsöndürmə briqadaları binanın söndürülməsinə cəlb olunublar.

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.

Xətai rayonu, Nobel prospektində "Nargilə" kafesinin yaxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.

Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığındakı yaşayış binasında güclü yanğın başlayıb.

22:02

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

22:40

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə bildirib ki, dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".

APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfəri xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".

İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: "İstəyənləri yerlə təmin edəcəyik".

2015-04-11 01:14:00

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunublar. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2015.04.11 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla