Yuxarı

Bu müəssisələrin fəaliyyətinə icazə verilməlidir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müəssisələrin fəaliyyətinə icazə verilməlidir - Deputat

Pandemiya, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli dövründə və çox sərt karantin zamanı dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 miylon profisit yarandı.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

V.Əhmədov büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib:

“Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli, bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarasında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.

Deputat manatın taleyi ilə bağlı da məsələyə toxunub:

“Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”.

Tarix
2020.08.06 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla