Yuxarı

Baş Prokurorluq məlumat yaydı: Korona ilə mübarizə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq məlumat yaydı: Korona ilə mübarizə...

Azərbaycan Raspublikasının rəhbərliyi, habelə hökuməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub.

Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb.

O cümlədən qeyd edilib ki, əhaliyə göstərilən maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilib.

Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçiriən səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanıb.

Tarix
2020.08.07 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Startfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla