Yuxarı

Peşə təhsili üçün qeydiyyat bu tarixdən başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə təhsili üçün qeydiyyat bu tarixdən başlayır

10 avqust tarixindən etibarən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu başlanılır.

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

Axar.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçə bilərlər:

"Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğunu yoxlandıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır".

Pərviz Yusifov bildirib ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır:

"Müraciətlər barədə məlumat şəxsi kabinetin bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın verilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar".

O qeyd edib ki, pandemiya dövrünü nəzərə alaraq, peşə təhsili müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək:

"Eyni zamanda müxtəlif ixtisasların onlayn tədrisi üzərində işlər aparılır. Aidiyyəti qərar qəbul olunduqdan sonra bu barədə məlumat veriləcəkdir. Artıq bir sıra ixtisaslar üzrə onlayn dərslər hazırlanıb və yeni tədris ilində istifadəyə veriləcəkdir".

Tarix
2020.08.10 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla