Yuxarı

Neftçi müəmmalı halda itkin düşdü - FHN açıqlama yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçi müəmmalı halda itkin düşdü - FHN açıqlama yaydı

14:25

Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Elşən Səfiyar oğlu Kazımov gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib.

Bu barədə Axar.az-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Elşən Kazımov axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib.

“Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - məlumatda qeyd edilib.

***

Fövqəladə Hallar Nazirliyi neftçinin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun 09.08.2020-ci il tarixində növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Tarix
2020.08.10 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla