Yuxarı

Serbiya TŞ katibi Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya TŞ katibi Bakıda - Foto

Serbiya Respublikasının baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycan Respublikasında səfərdədir.

Axar.az xəbər verir ki, avqustun 11-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2020.08.11 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla