Yuxarı

"Nağdsız ödənişlərə dəstək verin!” çağırışı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nağdsız ödənişlərə dəstək verin!” çağırışı... - Video

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Axar.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.

Videoçarxda istehlakçıların POS-terminallardan istifadə etməsinin vacibliyi diqqətə çatdırılır, eləcə də kartla və birbaşa təmas olmadan ödənişin virusdan qorunmaq baxımından əhəmiyyəti vurğulanır. Videoçarx nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən maarifləndirici tədbirlərin davamıdır. “Alış-veriş zamanı POS-terminaldan istifadə edin!”, “Kartla ödəyin, hətta virusdan qorunun!”, “Nağdsız ödənişlərə dəstək verin!” çağırışları pandemiya və “kölgə iqtisadiyyatı” ilə mübarizənin vəhdətini yaradır.

Videoçarxın daha bir hədəfi vergi ödəyicilərini maliyyə sanksiyalarına məruz qalmaqdan qorumaqdır. Belə ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə həmin aparatların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Videoçarx bu məqamı vurğulamaqla, istehlakçılarla yanaşı, sahibkarların da maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdsız ödənişlərin stimullaşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prioritet istiqamətləridəndir. Bu, həm də “kölgə iqtisadiyyatı”nın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix
2020.08.12 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla