Yuxarı

15 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 300 qrama yaxın narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Elçin Quliyev tutulub. Onun üzərindən 5 qram heroin, 5 qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6 kiloqram heroin və 700 qram tiryək aşkar olunaraq götürülüb.

Sonuncu məliyyatlar nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Bakı şəhərində qəbul edibr və gizlədiblər. Onlar ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməli imişlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2020.08.14 / 18:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla