Yuxarı

Lotu Qulinin sifarişçisi kimdir və nə qədər ödəyib? – Şok təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lotu Qulinin sifarişçisi kimdir və nə qədər ödəyib? – Şok təfərrüat

2020.08.20​, 23:31

Bu gecə - 20 avqust saat 02 radələrində qanuni oğru Lotu Quli Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.

Axar.az xəbər verir ki, qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.

Əldə etdiyimiz məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.

İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi.

Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib.

Lotu Quli arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov - kriminal aləmdə tanınmır. O, yalnız “Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb.

Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında “Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, əsas şahidlərdir.

Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov “şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq, Xaqanı yaralayıb.

Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib:

“Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.

Tarix
2020.08.21 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla