Yuxarı

AMEA-da mühüm təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-da mühüm təyinat

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu günkü iclasında müzakirə olunan məsələlərdən biri də Humanitar və İctimai Elmlər Bölməsinin 2 ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub.

ANS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb.

İclasda Nizamnamənin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də hər iki bölmənin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərarlar qəbul edilib. Adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib.

Tədbirdə bölmələrin işinin təşkili ilə əlaqədar Ümumi Yığıncaq qarşısında vəsatət qaldırması haqqında qərar qəbul edilib.

Növbəti qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsini, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin edilib.

Tarix
2015.04.16 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla