Yuxarı

Peşə təhsil müəssisələrinə qəbulla bağlı növbəti açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə təhsil müəssisələrinə qəbulla bağlı növbəti açıqlama

Peşə təhsil müəssisələrində boş qalan yerlər üzrə müraciət edənlərin sayı açıqlanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, II mərhələ üzrə 4768 şəxs qeydiyyatdan keçib, onlardan 4206-sı ixtisas seçimini tamamlayıb.

Qeyd edək ki, II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilir. Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə sentyabrın 4-dən start verilib. Daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə sənəd qəbulu 14 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilirlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Bundan əlavə I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edən şəxslərin də II mərhələyə qatılmaq imkanı var. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Məlumat üçün bildiririk ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələ avqustun 10-dan 24-dək elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

Tarix
2020.09.09 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla