Ana səhifə Toplum |
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və
Təlim Mərkəzi Avropa Parlamentinin qondarma erməni soyqırımını
tanıması barədə qətnaməsini pisləyən bəyanat qəbul
edib.
Publika.az-a daxil
olan bəyanatda deyilir ki, 15 aprel 2015-ci il tarixində Avropa
Parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul
edilmiş qətnamə bir daha qərbin ümumbəşəri dəyərlərə ikili yanaşma
nümayiş etdirərək Azərbaycan xalqına qarşı soyqırım törətmiş
təcavüzkar ermənilərin tərəfində olduğunu göstərmişdir.
Avropa Parlamentində hökm sürən, tolerantlıqdan uzaq, "xaçpərəstlik
təəsübkeşliyi", Ermənistan və erməni lobbisinin təsiri altında olan
bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və
ümumiyyətlə, "erməni soyqırımı" ifadəsinin işlədilməsi tarixin
saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması
cəhdləridir.
Avropa Parlamentinə, Papa I Fransiskə ermənilərin hələ 1918-ci ildə
Azərbaycanın şimal bölgəsində, xüsusi ilə Quba rayonunda
törətdikləri soyqırımı hadisələrini xatırladaraq onları ermənilərin
xəstə təxəyyülünün uydurduqları miflərə deyil, həqiqətlərə inanmağa
çağırırıq. Çünki Avropa Parlamenti və katolik kilsəsinin hazırkı və
əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı
"soyqırım" törətməkdə suçlayıb və bu "həqiqəti" etiraf etməyə
çağırış edib.
Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri
tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş
etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verərək
təcəvüzkar tərəf olan erməniləri müdafiə etmiş olur. Belə mövqe
dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti
inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və
təəssüf hissi doğurur. Biz Avropa Parlamenti, Roma Katolik
kilsəsinin başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda
yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi
soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun
işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana
təzyiq göstərməyə çağırırıq.
Ermənilər tərəfindən 1918-ci ildə törədilmiş soyqırım zamanı
minlərlə insan amansızca qətlə yetirilərək kütləvi məzarlıqlarda
dəfn edilmişlər. Məzarlıqdan çəkilmiş şəkilləri sizə təqdim edir və
gəlib bu həqiqətləri öz gözlərinizlə görməyinizi tövsiyə
edirik.
Tarix
2015.04.20 / 15:18
|
Müəllif
Axar.az
|