Yuxarı

Bakıdakı yanğınla bağlı FHN-dən daha bir açıqlama - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:44

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub.

Salamnews-un məlumatına görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq, külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.

19:42

Fövqəladə Hallar Nazirliyi "Qafqaz" hotelinin yanındakı yarımtikilidə baş verən yanğınla bağlı məlumat yayıb.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

23:11

FHN Bakıda 9 avtomobilin yanması ilə bağlı daha bir məlumat yayıb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən taxta konstruksiyalardan ibarət ümumi sahəsi 400 kv.m olan mebel sexi və sexin ərazisində "TELEKOM-PLUS" AzTelia şirkətinə məxsus 1 ədəd "CHEVROLET", 1 ədəd "TOYOTA", 2 ədəd "MİTSUBİSHİ" markalı minik və "ZİL" markalı yük avtomobili, 1 ədəd "FORD" markalı mikroavtobus, "ISUZU " və "MAZ" markalı qaldırıcı kranlar, "FORD " markalı minik avtomobilinin qabaq farası və qapısı qismən , "HYUNDAI " markalı yük avtomobilinin bir tərəfi və arxa buferi yanıb. Yanğın zamanı yaxınlıqda olan ümumi sahəsi 50 kv.m olan yarımstansiyanın şiti və kabelləri yüksək temperaturdan əriyib. Yanğından yaxınlıqdakı 10 ədəd avtomobil mühafizə olunub.

Yanğın saat 17.02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2015.04.20 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla