Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
29 Sentyabr 2020


Tofiq Yaqublu tezliklə azadlığa çıxa bilər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tofiq Yaqublu aclıq aksiyasına davam edərsə, səhhətində geri dönüşü olmayan vəziyyət yarana bilər ki, həkim müdaxiləsi də nəticə verməz.

Axar.az xəbər verir ki, bu sözləri Redaktor.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, hazırda əsas məsələ Tofiq Yaqublunun aclıq aksiyasına son verməsidir:

“Tofiq Yaqublu məhkəmənin çıxardığı hökmə etiraz edərək aclıq aksiyasına başlayıb. Amma bu, uzun müddət davam edə bilməz. İndiki məqamda ən vacib məsələ onu aclıq aksiyasından daşındırmaqdır. Çünki o, aclıq aksiyasına bir neçə gün də davam etsə, bunun sonu heç də yaxşı olmayacaq. Bu gedişlə onun səhhəti təhlükə altına düşə bilər ki, sonra həkimlərin müdaxiləsi də kömək edə bilməz”.

E.Nəsirov Apellyasiya Məhkəməsində T.Yaqublu üçün müsbət cavabın çıxacağına ümid etdiyini bildirib:

“Tofiq Yaqublu məsələsində ictimai rəy yaranıb və burada ona olan dəstək hiss olunur. Düzdür, Azərbaycan hüququ dövlətdir və onun qanunları var. Amma hər bir halda ictimai fikir müəyyən qədər belə məsələlərdə nəzərə alınır. Bu baxımdan düşünürəm ki, T.Yaqublunun Apellyasiya Məhkəməsində ictimai rəy nəzərə alınacaq və onun haqqında müsbət qərar veriləcək”.

Millət vəkili Tofiq Yaqublunun həbsini siyasi qərar olması ilə bağlı iddialara da münasibət bildirib:

“Hesab edirəm ki, bu iddia ilə çıxış edənlər qərəzli mövqeydə olan insanlardır. Tofiq Yaqublu evində oturduğu yerdə onu həbs etməyiblər ki, siyasi adlandırsınlar. Onun haqqında konkret ittihamlar və buna əsasən də o, həbs edilib. Əgər əksi olsaydı, o zaman siyasi həbs adlandırıla bilərdi. Ümumiyyətlə isə Azərbaycanda siyasi məhbus yoxdur. Bu, birmənalı olaraq belədir”.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb. Elə həmin prosesdə T.Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.

Tarix
2020.09.16 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şirəliyev türkiyəli həmkarı ilə danışdı: Hər cür yardım...

Bir ailənin həlak olduğu evdən - Fotolar

Rezidenturaya müsabiqənin nəticələri açıqlandı

Serbiya KİV erməni təxribatından yazdı

Azərbaycan təyyarəsinin vurulması yalandır - MN

Səudiyyədən Qarabağ açıqlaması: Böyük narahatlıq...

Avropa mətbuatı erməni təcavüzündən yazdı

Ermənistan niyə mülki əhalini hədəf seçir - Səbəblər

"Azərkosmos"dan açıqlama: Vardenis-Ağdərə yolu...

Ombudsman ermənilərin vurduğu kəndlərə getdi

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla