Yuxarı

Metroda Milli Musiqi Günü niyə qeyd edilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda Milli Musiqi Günü niyə qeyd edilmir?

Bu il Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıybəylinin doğum günü ilə əlaqədar olaraq Bakı Metropolitenində hər hansı tədbirin, fləşmobun və ya kampazisiyanın təşkili nəzərdə tutulmayıb.

Bunu Axar.az-ın soruğusuna cavab olaraq Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bakı Metropoliteni QSC-nin sözçüsü bildirib ki, bu il Milli Musiqi Günü ilə bağlı metroda hər hansı tədbirin keçirilməməsinin səbəbi pandemiyadır:

“Musiqi, canlı konsert olanda insanlar ayaq saxlayıb dayanır. Sosial məsafənin qorunması və sair məsələləri xüsusi nəzərə alaraq, bu il tədbirlərimiz keçirilməyəcək. Keçənilki tədbirlərimizin təəssüratları altında builki pandemiyanı başa vuraq, inşallah, gələnilki Milli Musiqi Günümüzü daha təmtəraqlı qeyd edərik. Hazırda qarşımızda dayanan əsas məqsəd məsuliyyətimizi artırmaqla virusa qalib gəlməkdir”.

Qeyd edək ki, hər il dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günləri – 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.

Tarix
2020.09.18 / 13:02
Müəllif
Tural Turan
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla