Yuxarı

İlk iclas: Mədəniyyət komitəsi hesabat verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasını keçirib.

Axar.az xəbər verir ki, Komitə sədri Qənirə Paşayeva əvvəlcə payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib. Vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir.

Çıxışdan sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlərin hesabatı dinlənilib. Qənirə Paşayeva bildirib ki, hesabat dövründə 6 iclas keçirib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub. Komitədə birinci, ikinci və üçüncü oxunuşda müzakirədən keçən qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.

Həmçinin Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan 622 məktub, təklif, ərizə və şikayətin 554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Bütün yay boyunca fəaliyyət göstərən komitə üzvləri yerlərdə 300-ə yaxın ziyalı ilə görüşüb, mədəniyyət sahəsində mövcud olan problemləri, çatışmazlıqları öyrəniblər.

Hesabat dinlənildikdən sonra iclasda mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış edib. O, bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Mədəniyyət komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayılıb.

Komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verən Qənirə Paşayeva bildirib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq. Həmçinin komitədə müxtəlif mövzularda dinləmələr keçiriləcək.

Fikir mübadiləsinin yekununda iş planı təsdiqlənib.

Tarix
2020.09.18 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla