Yuxarı

Bu tələbələrə 250 manat təqaüd verilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-dən ali təhsil müəssisələrində birinci kurslar üçün dərslər başlayır. Bu gün müzakirə olunan məsələ aztəminatlı ailələrin universitetlərdə təhsil alan övladlarının xərclərinin və təhsil haqqının ödənilməsi məsələsidir. Bir çox dünya ölkələrində tələbələrə gündəlik xərclərinin ödəməsi üçün minimum əmək haqqı qədər təqaüd verilir. Bizdə də aztəminatlı ailələrin ali təhsil müəssisəsində təhsil alan övladlarına minimum əməh haqqı qədər təqaüd verilə bilərmi?

Axar.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bu gün dövlət səviyyəsində aztəminatlı ailələrlə bağlı bir neçə sərəncam və mühüm qərarlar olduğunu deyib:

"Bildiyiniz kimi, pandemiya dövründə də 20 min tələbəni əhatə edən mühüm sərəncam imzaladı. Eyni zamanda universitetlərin özündə güzəştlər var. Dövlət tərəfindən bu istiqamətdə çox mühüm işlər görülüb. Əlbəttə ixtisas seçimində tələbələr özləri də təhsil haqqını nəzərə almalıdır.

Öz imkanları daxilində olan ixtisas və universitetləri seçə bilərlər. Universitetlər də təhsil haqqını müəyyənləşdirən zaman orta əmək haqqını nəzərə almalıdır. Təhsil haqqı ilə vətəndaşların əmək haqqı və gəlirləri mütənasib olmalıdır.

Sizin dediyiniz məsələ, yəni aztəminatlı ailələrin övladlarına təhsil aldıqları dövrdə minimum əmək haqqı məbləğındə maaş verilməsi məsələsinə baxıla və gələcəkdə nəzərdən keçilə bilər. Hesab edirəm ki, bu istiqamətdə dövlət tərəfindən bütün zəruri addımlar atılır. Ayrı-ayrı dövlət qurumları və strukturlar da əhaliyə kömək durmaq üçün üzərlərinə düşənləri icra etməyə çalışırlar".

Tarix
2020.09.18 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla