Yuxarı

Şəffaflıq Koalisiyası Neftçalada - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəffaflıq Koalisiyası Neftçalada - Foto

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Neftçala şəhərində təlim keçirib.

MSŞA-dan Axar.az-a verilən məlumata görə, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Neftçala şəhərində "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına" həsr olunmuş tədbir keçirib.

Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 70-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd edək ki, rayon ərazisində neft hasil edilir.

Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub.

MSŞA Koalisiyasının Şura üzvü Mehriban Vəzir "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü prosesində QHT Koalisiyasının tərəfdaşlıq rolu" mövzusunda təqdimat edərkən vurğulayıb ki, bütün Neftçala sakinlərini neft gəlirləri ilə bağlı daha məlumatlı olmağa və MHŞT prosesinin imkanlarından istifadə etməyə çağırırıq.

Qeyd edək ki, aprel ayında Gədəbəy rayonunda növbəti tədbirin keçirilməsi gözlənilir.

Tarix
2015.04.21 / 19:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla