Yuxarı

DİN Vəfa Nağının iddiasına aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN Vəfa Nağının iddiasına aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Vəfa Nağının paylaşdığı statusda ictimailəşdirdiyi məsələ ilə bağlı açlıqlama yayıb.

Axar.az sözügedən məlumatın mətnini təqdim edir:

"Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz Feysbuk səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür".

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir:

“O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) və 156.1-ci (Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.

Tarix
2020.09.21 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla