Yuxarı

Sevil massivindən ev alanlara şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevil massivindən ev alanlara şad xəbər

"Sevil massivindən ev alan şəxslərə dəymiş ziyanın ödənilməsi məhkəmə qərarı ilə təmin ediləcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq cinayət işi başa çatmaq üzrədir:

"Biz Sevil massivi üzrə ekspertlər təyin etmişik. Ekspertlərin rəyindən asılı olaraq, 1279 vətəndaşa dəymiş ziyan təmin edilib. Vətəndaşa dəymiş ziyanın hansı formada təmin edilməsi isə onların özündən asılıdır. Bəziləri pul, bəziləri isə başqa mənzil və ya torpaq sahəsinin verilməsini istəyir. Lakin burada bir sıra problemlərlə üzləşirik. Məsələn, vətəndaş mənzili 3-cü mərtəbədən alıb, indi isə ona dəymiş ziyanın qarşılığında 7-ci mərtəbədən ev verirlər. Onlar isə bununla razılaşmırlar. Bu kimi hallar prosesi uzadır. Digər vətəndaşlara dəymiş ziyanın ödənilməsi də məhkəmə tərəfindən təmin ediləcək. Sevil massivinin rəhbərliyinin 9 milyondan artıq əmlakları müsadirə edilib".

Tarix
2015.04.22 / 11:18
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla