Yuxarı

3 şəhərimiz UNESKO-nun şəbəkəsinə üzv seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 şəhərimiz UNESKO-nun şəbəkəsinə üzv seçildi

Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ UNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabrın 23-də UNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə, sentyabrın 23-də Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı video-görüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, UNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, UNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. UNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hal-hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

Tarix
2020.09.23 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla