Yuxarı

Sabir Rüstəmxanlı hesabat verdi – BMM

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı BMM-də 17-18 apreldə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca 13-cü qurultayının hesabatını verib.

Axar.az xəbər verir ki, bununla əlaqədar mətbuat konfransı keçirən partiya sədi İstanbulda təşkil olunan qurultay barədə danışaraq, yer kimi niyə məhz İstanbulun seçilməsinə aydınlıq gətirib.

O, qedy edib ki, qurultayda dünyanın bir çox ölkələrindən, xüsusilə Azərbaycan, ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, İraq və s.-dən nümayəndələr və qonaqlar olub. İki gün davam edən qurultayın İstanbulda keçirilməsi təsadüfi olmayıb:

"Qondarma erməni soyqırımının 100-cü ildönümü bəhanəsilə davam etdirilən türk düşmənçiliyi kampnaiyası səbəbindən İstanbul şəhəri xüsusilə seçilib. Qurultayda türk düşmənçiliyinə qarşı dünyaya "1915-ci ildə gerçək bir erməni soyqırımının olmadığı və əsil soyqrımının Azərbaycan türklərinə qarşı edilmiş olduğu" mesaji verilib və bunun da ən canlı, ən dəhşətli, ən yaxın nümunəsi "Xocalı soyqrımı" olduğu deyilib".

Qeyd edək ki, qurultayda DAK-ın seçkili orqanlarına seçkilər keçirilib, Sabir Rüstəmxanlı və Firudin Pərvizniya konqresin növbəti müddətə yenidən həmsədri seçilib.

Bundan əlavə, qurultayda 21 nəfər DAK idarə heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib. Eyni zamanda, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal 50 nəfərin təmsil olunduğu DAK Məşvərət Məclisinin sədri seçilib.

Qeyd edək ki, DAK qurultayı ilk dəfə 1997-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçirilib.

Tarix
2015.04.28 / 16:16
Müəllif
Əli Taleh
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla