Yuxarı

Nazirlik vətəndaşlara iş təklif edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik vətəndaşlara iş təklif edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə iki rayonda Əmək yarmarkası keçirəcək.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazirlik tərəfindən işsiz və iş axtaran vətəndaşlar üçün Əmək yarmarkaları davam etdirilir. Sabah Yardımlı rayonunda, mayın 1-də isə Goranboy rayonunda Əmək yarmarkaları keçiriləcək.

Yardımlı rayonunda 250-ə yaxın, Goranboy rayonunda isə 240-dək boş (vakant) iş yerləri işsiz və iş axtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və iş axtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.

Xatırladaq ki, ƏƏSMN tərəfindən iş axtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib. Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.

Tarix
2015.04.28 / 18:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla