Yuxarı

Bu abituriyentlər kənarda qaldı: səbəb nədir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu abituriyentlər kənarda qaldı: səbəb nədir? - Açıqlama

11 illik orta təhsil bazasının rus bölməsi üzrə kolleclərə imtahan verən abituriyentlərin bir çoxu müsabiqə şərtlərini ödəsə də, kolleclərə qəbul ola bilməyib.

Bu barədə Axar.az-a abituriyentlərin ünvanladığı şikayət məktubunda bildirilib.

Məsələ ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov deyib ki, rus bölməsi üzrə kolleclərə sənəd verənlərin kənarda qalmasının səbəbi abituriyentlərin çoxluğu və sözügedən bölmə üzrə plan yerlərinin az ayrılması olub:

“Rus bölməsi üzrə özəl kolleclərdə 8 bal, müsabiqənin Azərbaycan bölməsi ilə birgə aparıldığı ixtisaslarda isə keçid balı 25-30 bal qalxıb. Rus bölməsi üzrə plan yerləri az, abituriyentlərin sayı çox idi. Balların qalxmasına abituriyentlərin topladığı ballar və seçimlər də təsir edir. Kolleclərin keçid balının artmasının bir səbəbi də müsabiqənin Azərbaycan bölməsi ilə birgə aparılmasına görədir. Eyni zamanda qabiliyyət tələb edən dizayner, bədən tərbiyəsi və s. ixtisasların da keçid balında artım oldu. Ötən il bu ixtisaslarda keçid 40 balla idisə, bu il 130 oldu”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, plan yerləri abituriyentlərin nəticəsinə əsasən müsabiqə ilə formalaşır:

“Müsabiqə şərtini ödəmək qəbul olmaq anlamına gəlmir. Həmin balı (50 bal) toplayanlar sadəcə müsabiqədə iştirak etmək hüququ qazanırlar. Keçid balı isə əvvəlcədən məlum olmur və plan yerlərini də DİM müəyyən etmir.

Yaxın günlərdə boş qalan plan yerləri elan olunacaq və qəbul aparılacaq. Müsabiqə şərtlərini ödəyənlər boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərlər”.

Tarix
2020.10.16 / 13:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla