Yuxarı

“Bir milyon manat” təqdim edildi – Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir milyon manat” təqdim edildi – Foto/Video

Dünən Nizami Kino Mərkəzində "Bir milyon manat" filminin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanda ilk dəfə detektiv komediya janrında çəkilən filmin qala gecəsində filmin yaradıcı heyəti ilə yanaşı, məşhur teleaparıcılar, kino adamları, media işçiləri və tamaşaçılar da iştirak edib.

Filmin quruluşçu rejissoru Elmir Süleymanov mediaya açıqlama verərək bildirib ki, "Bir milyon manat"ı hazırda çəkilən digər komediya filmlərindən fərqləndirən əsas cəhət bu filmin sponsorsuz çəkilməsi və filmin içində tanıdıcı reklamlara yer verilməməsidir.

Rejissor filmdə açıq-saçıq səhnələrin olmadığını da vurğulayıb: "Filmi oturub bütün ailənizlə birlikdə izləyə biləcəyinizə əmin ola bilərsiniz, filmdə artıq-əksik heç bir səhnə yoxdur. Azərbaycanda ilk dəfə bu janrda (detektiv komediya) film çəkilir. Filmin sponsorsuz çəkilməsi də ölkəmizdə ilk dəfədir, təkcə prodakşn hesabına çəkilib. Bütün yaradıcı heyətə və bizi sayıb buraya gələn bütün media işçilərinə, dostlarımıza təşəkkürümü bildirirəm".

Filmdə polis rolunda çəkilən Azərbaycanın xalq artisti Hacı İsmayılov da hisslərini media ilə bölüşüb: "Bu kollektivlə işləmək xoş və rahat oldu, rolum da maraqlıdır. Filmin bəyəniləcəyinə ümid edirəm. Hər kəsə minnətdaram".

Daha sonra film Nizami Kino Mərkəzinin zalında tamaşaçılara təqdim olunub. Film bitəndən sonra filmin PR direktoru Vüqar Azəroğlu səhnəyə çıxaraq bütün yaradıcı heyəti səhnəyə dəvət edib. Səhnədə çıxış edərək onlara dəstək olan hər kəsə təşəkkürünü bildirən Vüqar Azəroğlu kövrələrək bu sözləri deyib: "Ağlamaya bilmədim, ağlamağımın səbəbi bilirsiz nədir? Bu sirri açıqlayacam. Film bu gün texniki səbəblərdən nümayiş olunmayacaqdı. Buna görə film başlayana qədər necə həyəcan keçirdiyimi izah eləyə bilmərəm. Çəkiliş boyu bizə dəstək olan hər kəsə, xüsusilə yanımızda olan, bu tədqimat mərasiminə gələn Fərda Xudaverdiyev və Elməddin Cəfərova xüsusi təşəkkürümü bildirirəm".

Xatırladaq ki, filmdə tanınmış aktyorlarla yanaşı müğənni Əli Mirəliyev də çəkilib (baba rolunda). Filmin istehsalçısı "Fon Media" prodakşndır. "Bir milyon manat" filminin baş prodüserləri Rza Caniyev, Fərid Xanbudaqov, quruluşçu rejissor Elmir Süleymanov, rejissoru Oqtay Ağamalıyev, quruluşçu operator Soltan Abdulov, ssenari müəllifi Səbuhi Bayramov, PR direktoru Vüqar Azəroğludur.

Tarix
2015.04.30 / 11:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla