Yuxarı

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycanda ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulunun vaxtı mayın 1-dək uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Axar.az-a verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.

30 aprel saat 14:30 -a olan məlumata görə 85 min 256 abituriyent öz elektron ərizəsini dolduraraq, təsdiqini təmin edib. 4 min 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiqlənməyib.

Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində "Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır" məlumatı göstərilir.

Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Tarix
2015.04.30 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Qriqoryan Hikmət Hacıyevlə görüşəcək

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla