Yuxarı

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyənin Kocaeli vilayətində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmit Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyət və onun həyat yoldaşı Murat Hürriyyət də daxil olmaqla, 31 nəfər barəsində saxlanılma qərarı verilib.

Fatma Kaplan Hürriyyət və həyat yoldaşı saxlanılıb.

Polis əməkdaşları bələdiyyə binasında və sədrin evində axtarış aparıblar. Antalya, Qırıqqala , İzmit, İstanbul və Ankarada eyni vaxtda əməliyyatların davam etdiyi bildirilir.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində şübhəlilərin ifadələri və gizli şahidlərin məlumatları əsasında İzmit Bələdiyyəsinin keçirdiyi bir sıra tenderlər araşdırılıb.

İstintaq materiallarında tenderlərin qalibləri və iştirakçı şirkətlərin sahibləri ilə bələdiyyə rəsmiləri arasında qohumluq əlaqələrinin olduğu iddia edilir. Bələdiyyə sədrinin həyat yoldaşının isə tender prosedurları, işə qəbul və kadr təyinatlarında birbaşa rol oynadığı irəli sürülür.

Saxlanılan şəxslər cinayət törətmək məqsədilə təşkilat yaratmaq, rüşvət almaq və tenderə müdaxilə etməkdə ittiham olunurlar.

Bundan əvvəl istintaq çərçivəsində bələdiyyənin keçmiş satınalma müdürü Mehmet Ş.V. həbs edilmiş, bələdiyyə sədrinin keçmiş sürücüsü Hüseyn E. isə ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

Tarix
2026.07.20 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla