Yuxarı

Ermənilərin kabusuna çevrilən HAROP

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin kabusuna çevrilən HAROP

Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat - HAROP silahıdır. Məhz bu silah vəsitəsilə düşmənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılır, strateji texnikaları məhv edilir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu silahın taktiki-texniki xüsusiyyətləri barədə məlumatları təqdim edir.

Silah-aparatın uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metrdir. Döyüş başlığı 23 kiloqram, ümumi çəkisi isə 135 kiloqramdır. Havada 6 saat qala bilən və maksimal uçuş məsafəsi 1 000 kilometr olan dronun hərəkət sürəti saatda 185 kilometrdir.

İsrail aerokosmos qurumunun aerokosmos dviziyası tərəfindən hazırlanan bu silaha İsraildən başqa daha iki ölkə malikdir: Hindistan və Azərbaycan!

HAROP dronu döyüş başlığı daşımır, özü bütövlükdə döyüş başlığı sayılır. Kamikadze silah olan HAROP özünü hədəfə vurur və özü ilə bərabər hədəfi də məhv edir.

Dron həm avtonom olaraq özünün radar siqnalları qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, həm də yerüstü idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadıqda dron bazaya qayıdır.

Silah dizayn olunarkən radar kross-seyşn (cross-section) – yəni düşmən radarında görünmə dərəcəsinin kiçik olması nəzərdə saxlanıldığı üçün hava hücumundan müdafiə sistemlərindən rahat yayınır. Elə bu xüsusiyyətinə görə də döyüşlərdə HAROP ilk sırada göndərilir.

Düşmənin radar bazaları, hava hücumundan müdafiə sistemləri HAROP vasitəsilə yararsız vəziyyətə salındıqdan sonra təyyarələr düşmən ərazisində əməliyyatlara başlayır. Kamikadze dron yerüstü bazalardan, dənizdən və hətta havadan da buraxıla bilər. Silah baza tərəfindən elektroktik sensorlar vasitəsilə hərəkətdə olan və ya sabit hədəfə yönəldilə bilər. Düşmən HAROP-u aşkarlayıb siqnal yaymaması üçün radar cihazlarını söndürsə belə, HAROP eletrotik sensorları sayəsində vizual olaraq izləyir və vurur.

Düşmənə qarşı döyüşlərdə HAROP-lardan məhz bu üsullarla istifadə edilir və bir çox hədəflər dəqiqliklə məhv edilir.

Ermənistan Silahlı Qüvvələrini təxribatlarının qarşısının alınması çərçivəsində keçirilən əks-hücum əməliyyatları zamanı bu silahdan uğurla istifadə edilir və düşmənə həlledici zərbələr endirilir.

Tarix
2020.10.20 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla