Yuxarı

"Azercell"dən korona ilə savaşan həkimlərə dəstək davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"dən korona ilə savaşan həkimlərə dəstək davam edir

Ölkənin lider mobil operatoru Azercell Telekom MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

Axar.az xəbər verir ki, şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlıgının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha 2 ay ərzində hədiyyə balans yükləyəcək. Bu dəfə yüklənəcək vəsait 50 azn təşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, "Azercell" COVID-19 pandemiyası ilə mübarizədə infeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 azn, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 azn hədiyyə balans təqdim edib.

Xatırladaq ki, Azercell Telekom MMC COVID-19 pandemiyası müddətində vətəndaşlara həm telekommunikasiya dəstəyi göstərib, həm də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.10.20 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla