Yuxarı

Özbəkistan mediası erməni terrorundan yazır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan mediası erməni terrorundan yazır

Özbəkistanın “Interpress.uz” və “interfax.uz” portallarında Ermənistanın Azərbaycana təcavüzü, həmçinin Gəncə şəhərini raket atəşinə tutması haqqında yazılar yerləşdirilib.

Axar.az xəbər verir ki, yazılarda Ermənistanın qədim Gəncə şəhərinə raket hücumu nəticəsində çoxlu dağıntıların olması və dinc əhalinin həlak edilməsindən bəhs olunur. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Qeyd olunur ki, Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən indiyəcən 61 dinc əhali həlak olub, 291 nəfər yaralanıb.

Yazılarda bildirilir ki, Ermənistan ordusu çoxlu canlı qüvvə və hərbi texnika itirir, öz sıralarını müxtəlif ölkələrdən gətirilən terrorçularla doldurur. Azərbaycana qarşı PKK-nın Suriya qanadının üzvü, terrorçu Nubar Ozanyanın batalyonu da vuruşur. Bundan başqa, İraqın Sincar ərazisindən gətirilən terrorçular da Azərbaycana qarşı vuruşur və bu, region üçün real təhlükədir, dünya ictimaiyyəti isə buna göz yumur. Yazıda bildirilir ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu neytral tərəf saxlaya bilməyib, Ermənistanın mövqeyindən çıxış edib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tarixi haqqında da məlumat verilir.

Tarix
2020.10.21 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla