Yuxarı

Budapeştdə Gəncə terroruna etiraz - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budapeştdə Gəncə terroruna etiraz - Foto

Macarıstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumaat görə, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.

Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Gəncə üçün dua et!", "Erməni işğalına son!" və s. kimi şüarlar yazılan plakatlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar.

Aksiyanın sonunda Gəncə terroru ilə bağlı qəbul edilən bəyanat oxunub, yerli sakinlərə erməni təcavüzünü əks etdirən broşürlar paylanılıb, media nümayəndələrinə erməni vandalizmi barədə məlumat verilib.

Tarix
2020.10.22 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla