Yuxarı

Heç bir təzyiq bizə təsir edə bilməz! - İlham Əliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç bir təzyiq bizə təsir edə bilməz! - İlham Əliyev

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, bu siyahını böyük məmnuniyyət və qürur hissi ilə xalqımıza çatdıran dövlətimizin başçısı deyib: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılsın”.

Prezident qeyd edib ki, bu torpaqları bizim əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına azad edirik. “Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq. Bax yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti xalqa müraciətini bu sözlərlə tamamlayıb: “Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Tarix
2020.10.26 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla