Yuxarı

UNİSEF bəyanat yaydı: ölən 12 uşağın 11-i azərbaycanlıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
UNİSEF bəyanat yaydı: ölən 12 uşağın 11-i azərbaycanlıdır

UNİSEF Dağlıq Qarabağ və ətrafında gedən döyüşlər haqda bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda mülki obyektlərə zərbə zamanı ölən 10 uşağın adı çəkilib.

“10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb”, - bəyanatda bildirilib.

Bəyanatda həmçinin insanların yaşadıqları ərazidən didərgin düşməyə məcbur olduğu, 76 məktəb və uşaq bağçasına ziyan dəydiyi qeyd edilib:

“Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu içindədirlər.

Bu, riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNİSEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal dayandırılması üçün bir daha müraciət edir”.

Qeyd edək ki, siyahıdakı 12 uşağın 11-i azərbaycanlıdır. Biri isə erməni tərəfinin iddialarına görə, qondarma “dqr” ərazisində həyatını itirən uşaqdır. Ermənistan “dqr”də həyatını itirən uşaq haqda niyə məlumat vermir? Niyə sübutlar göstərmir? O uşaq kimdir? Nə zaman həlak olub? Ümumiyyətlə, elə bir uşaq olubmu?

Erməni tərəfinin bu suallara cavabı yoxdur. Cavabı olsaydı belə, siyahıda 11 azərbaycanlı uşağın adı hansı tərəfin terrorçu və uşaq düşməni olduğunu gözlər önünə sərir.

Tarix
2020.10.28 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla