Yuxarı

Gözümüz aydın olsun, bu, tarixi hadisədir... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamımızın işğalına son qoyuldu! Bu tarixi hadisə münasibəti ilə ilk növbədə Ağdam sakinlərini, xalqımızı təbrik edir, ən xoş diləklərimi çatdırıram!

Ən böyük təbrik və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır! Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə bu gün xalqa müraciətində vurğuladığı kimi, “Ağdam üçün yeni dövr başlayır. ...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. Torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi.

Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündüsə, onu etdi. Əvəzində nə oldu? – Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycan Dəmir Yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi həyata keçirildi.

Öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdır – bu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə də...

Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan, tarixi hadisədir! Gözümüz aydın olsun!

Sonuncu dəfə işğaldan bir neçə ay öncə Ağdam şəhərində olmuşdum. Ağdamla bağlı xatirələrim var. İnanıram ki, tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. Ağdam Çörək Muzeyinin, Ağdam Məscidinin, digər abidələrin, mədəniyyət obyektlərinin ilk sırada bərpa olunacağına inanıram.

Azadlığın mübarək, Ağdam!

Gözün aydın, Azərbaycan!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Tarix
2020.11.20 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İSESKO-nun Baş direktorunu qəbul etdi

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

Azərbaycan XİN Bakının azad edilməsi ilə bağlı bəyanat yaydı

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

İlham Əliyev Xocalıda... - Fotolar

Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla