Yuxarı

Azad edilən bəzi kəndləri bərpa etməyək – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilən bəzi kəndləri bərpa etməyək – Deputat

İşğaldan azad edilən ərazilərimizin hazırkı vəziyyəti erməni vandalizminin bariz nümunəsidir. Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarına vurduğu ziyanın dünya miqyasında aktuallaşdırılması üçün müxtəlif təkliflər irəli sürülür. Verilən təkliflərdən biri işğaldan azad edilən kənd və ya qəsəbələrdən birinin olduğu kimi – dağıdılmış halda saxlanılması və bunun erməni vandalizminin nümunəsi kimi sərgilənməsidir. Bildirilir ki, Formula-1 kimi mötəbər yarışları növbəti il Bakıda deyil, işğaldan azad edilən Ağdam və ya Şuşada keçirilməklə buna nail olmaq mümkündür.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, hər iki təklif maraqlı və anlamlıdır:

“Formula-1 yarışını işğaldan azad edilmiş şəhərlərimizdən birində keçirmək maraqlı təklifdir. Lakin onu da qeyd edim ki, yarışların harada keçiriləcəyinə əsasən partnyorlar, tərəfdarlar qərar verirlər.

Azərbaycan bu oyunları Bakıda keçirərkən əsas məqsədi o idi ki, ölkəmizi dünyada daha çox insan tanısın. Yəni mahiyyət etibarilə oyunların işğaldan azad edilən şəhərlərdən birində keçirilməsi erməni vandalizmini dünyaya göstərməyə şərait yarada bilər. Lakin dediyim kimi, bu, təkcə bizim verə biləcəyimiz bir qərar deyil.

Orada dağıdılan kəndlərin sayı çoxdur. Hər şəhərin özündə müəyyən bir guşəni erməni vəhşiliyinin nümunəsi kimi saxlamaq olar. Kəndlərin bir qisminin bərpası nəzərdə tutulur. Bir neçə kiçik kənd böyük kəndlərlə əvəz olunacaq. Kiçik kəndlərin xarabalıqlarının qorunub saxlanması mümkündür. Yəni bununla daha çox təbliğat apara bilərik”.

Tarix
2020.11.24 / 12:37
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla