Yuxarı

Vasif Talıbov yaralı hərbçilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov yaralı hərbçilərlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.

Axar.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

Ali Məclisin sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib.

Ali Məclisin sədri Hərbi Hospitalın kollektivi ilə görüşərək deyib:

“Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitalda müalicə olunan hərbçilərlə fərdi şəkildə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbçilərin müalicələrinə kömək göstərilməlidir”.

Ali Məclisin sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür edib.

Hospitalda müalicə alan əsgərlərə və yaralılara hədiyyələr paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.

Tarix
2020.11.27 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Azərbaycan media heyəti Daşkənddədir - Video

Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir - Qafarov

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla