Yuxarı

Şəhid polkovniklərimizin uyuduğu xiyaban işıqlandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid polkovniklərimizin uyuduğu xiyaban işıqlandırıldı - Video

Göyçay Şəhidlər Xiyabanında quruculuq-abadlıq işləri aparılıb.

Bu barədə Rayon İcra Hakimiyyətindən Axar.az-ın yerli bürosuna məlumat verilib.

İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, şəhərin Əli Kərim adına parkında yerləşən xiyabanda Birinci və İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladları uyuyur. Son günlər ərzində onların əziz xatirəsi üçün xiyabanda yüksək səviyyədə yeni təmir işləri yerinə yetirilərək, orada işıqlandırma sistemi yaradılıb və yeni işıq dirəkləri salınıb.

Şəhidlər Xiyabanı ərazisində fəxri vətəndaşlar üçün də yeni guşə yaradılıb. Həmin guşədə ədliyyə general-mayoru Oqtay Maqsudov və Vətən müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan tam olaraq azad olunmasında canlarından keçən polkovnik-leytenant Vidadi Xəlilovun və Babək Səmidlinin də məzarları var.

Tarix
2020.11.27 / 22:52
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla