Yuxarı

Sığorta olunanlar 3 milyona çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sığorta olunanlar 3 milyona çatdı

Ölkədə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı durmadan artır.

Dövlət Sosail Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, may ayının 1-nə olan statistikaya əsasən, Fond tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92 faiz artıb.

Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 810 275 nəfər) kişi, 40,9 faizi (1 252 892 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74 faizini (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73 faizini (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77 faizini (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16 faizini (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60 faizini (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Tarix
2015.05.12 / 11:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla