Yuxarı

Əyyubluların ilk şəhidi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əyyubluların ilk şəhidi - Foto

Vahid Elşad oğlu Qurbanov. 2001-ci il yanvarın 27-də Tovuz rayonun Əyyublu kəndində doğulub. 9-cu sinfədək Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 10-11-ci sinifləri isə Gəncə şəhər, K.D.Uşinski adına 29 saylı tam orta məktəbdə oxuyub. Məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub.

Məktəb illərində idmana da böyük maraq göstərib; daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub.

2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə gedib.

Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən döyüşlərə atılıb Vahid Elşad oğlu Qurbanov. O öz canını torpaqlarımızın işğaldan azad edilib vahid bayraq altında birləşməsi, elin şad olması üçün qurban edib!

Füzuli, Xocavənd, özəlliklə, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhidimizin. Şəhidlik mərtəbəsinə Xocavənd uğrunda gedən döyüşlərdə ucalıb.

İki bacının tək qardaşı idi Vahid. 30 oktyabrda axırıncı dəfə anası və bacılarıyla danışıb. Deyib: “Ana, özündən muğayət ol! Hər şey yaxşı olacaq! Məndən narahat olma”.

Bacılarına deyib: “Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın”.

Noyabrın 2-də ailəyə xəbər çatıb ki, “Vahid 30 oktyabrda Xocavənd döyüşlərində qəhrəmancasına şəhid oldu. Başınız sağ olsun”!

Dərin sükutdan və evin tək oğlunun əbədi itkisinin verdiyi ağır kədərdən sonra... “Vətən sağ olsun!” deyib Şəhidin babası! Bir ailə oğul itirdi, bir ölkə qazandı! Bir oğul hələ 19 yaşındaykən ailəsinin, nəslinin başını əbədi uca etdi!

Azərbaycan Böyük Vətən müharibəsində Əyyublu kəndinin ilk şəhididir Vahid! Vahid Əyyublu kənd qəbiristanlığında torpağa tapşırılıb. Torpağımız şəhid məzarları ilə daha da əzizləşir, daha da doğmalaşır. Bu torpaqları Vətən edən əcdadın ruhu şaddır!

DÖVLƏTİMİZ, VƏTƏNİMİZ, XALQIMIZ VAR OLSUN!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.12.01 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla