Yuxarı

Paytaxtda 2200-dən artıq pandus var - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxtda 2200-dən artıq pandus var - BNA

Azərbaycanda əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a verilən məlumata görə, dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb.

“Bu çərçivədə 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus təşkil edilib. Həmçinin, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb.

İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədi ilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizmlərin olması da məhz bununla əlaqədardır.

Eyni zamanda yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək istərdik. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq”, - məlumatda qeyd olunub.

Tarix
2020.12.03 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla