Yuxarı

Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək

Dekabrın 4-də Yaponiyanın Azərbaycandakı səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində “Şamaxı rayonu Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşası” layihəsinin üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, qrant yardım layihəsi üzrə müqaviləni “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və səfir Vada Cüniçi imzalayıblar.

Mərasimdə çıxış edən səfir Vada Cüniçi layihənin həmin bölgənin əhalisinin səhiyyə, təhsil, sosial rifahı və iqtisadi inkişafına töhfə verməsini arzulayıb. Əliməmməd Nuriyev yardıma görə Yaponiya Hökumətinə dərin minnətdarlığını ifadə edib.

Budəfəki müqavilədə nəzərdə tutulan yardımın məbləği 55 min ABŞ dolları təşkil edir. Bu layihənin icrası nəticəsində Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni kiçik tibb məntəqəsi inşa olunacaq.

Qeyd edək ki, indiyədək “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilmiş layihələrin sayı 265, ümumi dəyəri isə 22 milyon ABŞ dollardan çox olub.

Proqram insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, Yaponiya hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrin iqtisadi tərəqqisinə dəstək məqsədilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Əhalinin sağlamlığı və həyatının təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması proqramın əsas prioritetidir.

Tarix
2020.12.04 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla